Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sumqayıt Dövlət Universitetində yeni təyinat
sosial

Sumqayıt Dövlət Universitetində yeni təyinat

29-06-2026 20:00 17 Views
IMG

Sumqayıt Dövlət Universitetində yeni təyinat olub.

 

"Tvit.az" xəbər verir ki, Mədinə Abışova Sumqayıt Dövlət Universitetinin Keyfiyyət Təminatı və Strategiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

O, Azərbaycan Dövlət Aqrar Universiteti və Lənkəran Dövlət Universitetinin məzunudur. 2020-ci ildən akademik fəaliyyət göstərən Mədinə Abışova 2023–2026-cı illərdə ADAU-nun Keyfiyyət Təminatı və Strateji İnkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Mədinə Abışova hazırda Atatürk Universitetində fəlsəfə doktorluğu üzrə elmi tədqiqat aparır. O, həmçinin TKTA-nın akkreditasiya üzrə eksperti, ISO 21001:2018, ISO 10002:2018 və ISO 37001:2025 standartları üzrə sertifikatlı keyfiyyət meneceridir.