Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək
sosial

Sabah Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək

30-06-2026 21:00 20 Views
IMG

Sabah Bakının Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.