Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Ronald Kuman Niderland millisindən istefa verdi - RƏSMİ
sport

Ronald Kuman Niderland millisindən istefa verdi - RƏSMİ

01-07-2026 12:00 22 Views
IMG

Niderland milli komandasının baş məşqçisi Ronald Kuman tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, 63 yaşlı mütəxəssis ayrılıq xəbərini şəxsi sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə çatdırıb.

 

O, milli komandadakı postunu tamamilə öz istəyi ilə tərk etdiyini xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Niderland yığması 2026-cı il dünya çempionatında çıxışını pley-off mərhələsində başa vurmaq məcburiyyətində qalıb. Ronald Kumanın rəhbərlik etdiyi kollektiv 1/16 final mərhələsində Mərakeş seçməsinə penaltilər seriyasında məğlub olaraq turnirdəki mübarizəsini dayandırıb.