Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
sosial

Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib

03-07-2026 11:00 21 Views
IMG

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.

"Tvit.az" xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda Böyük Kəsik istiqamətinə göndərilib. Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.