Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Ötən ay BYD-nın satışları 5%-dən çox artıb
OTHER

Ötən ay BYD-nın satışları 5%-dən çox artıb

03-07-2026 21:00 16 Views
IMG

BYD rəsmi olaraq 2026-cı ilin iyun ayı üçün satış məlumatlarını açıqlayıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin ümumi aylıq satış həcmi 403 min 472 ədəd təşkil edib.

 

Bunun da 397 min 292 ədədi minik avtomobilləridir ki, bu da aylıq müqayisədə 5,4%, illik müqayisədə isə 5,2% artım deməkdir.

 

İyun ayında BYD 201 min 472 təmiz elektrikli nəqliyyat vasitəsi və 195 min 820 qoşula bilən hibrid nəqliyyat vasitəsi satıb ki, bu da istehlakçı seçimlərində demək olar ki, bərabər bölgünü əks etdirir.

 

Aysel Şirinova