Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Prezident Əli Nəbiyevə yüksək VƏZİFƏ VERDİ
sosial

Prezident Əli Nəbiyevə yüksək VƏZİFƏ VERDİ

06-07-2026 13:00 21 Views
IMG

Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyinatla bağlı Sərəncam imzalayıb.

 

Tvit.az xəbər verir ki, sərəncama əsasən, Əli Tahir oğlu Nəbiyev AQTA-nın sədr müavini təyin edilib.

Yeni təyinatla Əli Nəbiyev bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

 

Qeyd edək ki, Əli Nəbiyev bu təyinata qədər agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.