Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Xaçmazda əməliyyat: Saxlanılanlar var
turizm

Xaçmazda əməliyyat: Saxlanılanlar var

08-07-2026 15:00 18 Views
IMG

Xaçmaz rayonunda polis silahlı narkotik alverçisinə qarşı əməliyyat keçirib.

 

Tvit.az xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Eyvaz Musayev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən ondan bir ədəd "Makarov" markalı tapança, dörd ədəd patron, həmçinin narkotik vasitə olan heroin aşkarlanıb.

 

Əməliyyatın davamı olaraq polis əməkdaşları digər rayon sakini İsa Cəbiyevi yaxalayıblar. O, izlənilərək rayon ərazisindəki köhnə yarımtikilidə saxlanılarkən üzərindən bir kiloqram heroin aşkar edilib.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.