Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
sosial

6 ayda 288 kriminal qrup zərərsizləşdirildi

09-07-2026 17:00 23 Views
IMG

Bu ilin ilk 6 ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 6 ayın yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

 

Qeyd olunub ki, həmin müddətdə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Eyni zamanda 3 088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

 

Bundan başqa, diqqətə çatdırılıb ki, hesabat dövründə qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.