Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
sosial

Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

11-08-2026 12:00 12 Views
IMG

Avqustun 10-da saat 11:00-a olan faktiki hava açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.

 

Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuqmərcanlı, Goranboy, Göygöl və Naxçıvanda 1 mm-dir.

 

Avqustun 10-da bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 m/san-yə çatıb.