Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Türkiyədə təyyarə sınaq zamanı qəzaya uğradı
dünya

Türkiyədə təyyarə sınaq zamanı qəzaya uğradı

12-08-2026 16:00 29 Views
IMG

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-16 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə komandanlıq X hesabında açıqlama yayıb.

 

"Hərbi Hava Qüvvələrimizə məxsus bir ədəd F-16 təyyarəmiz təlim uçuşu zamanı Yalovada qəzaya uğramış, pilotumuz paraşütlə tullanaraq xilas olmuşdur.

Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmadan sonra müəyyən ediləcəkdir", - deyə rəsmi açıqlamada bildirilib.

 

Aysel Şirinova