Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı
turizm

İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxs saxlanıldı

13-08-2026 17:00 19 Views
IMG

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

 

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1 810 ədəd psixotrop tərkibli "Metadon M-40" həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikasının vətəndaşı - 1975-ci il təvəllüdlü Hüseyn Novruz Ağapur saxlanılıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.