Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ərdoğan kürdpərəst DEM partiyasının nümayəndə heyəti ilə görüşüb
dünya

Ərdoğan kürdpərəst DEM partiyasının nümayəndə heyəti ilə görüşüb

13-08-2026 20:00 12 Views
IMG

Türkiyə Prezidenti Ərdoğan kürdpərəst DEM partiyasının nümayəndə heyətini qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən, görüş mətbuat üçün qapalı formatda keçirilib. Yerli KİV-in məlumatına görə, görüşdə hakim AKP-nin sədr müavini Əfqan Ala və Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

 

Danışıqlar “Terrorsuz Türkiyə” təşəbbüsünün həyata keçirilməsində irəliləyişlərin əldə olunduğu bir vaxtda baş tutub. Təşəbbüsə kürd hərbi-siyasi təşkilatı PKK üzvlərinin tərksilah edilməsi və dövlət institutlarına inteqrasiyası prosesi də daxildir.

 

Aysel Şirinova