Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlandı
sport

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlandı

14-08-2026 16:00 24 Views
IMG

UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandda “Tvente” və “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.

"Tvit.az" xəbər verir ki, “Tvente” stadionunda oynanılacaq qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yucin Caya olacaq. Ona yan xətt hakimləri qismində Reydi Avdo və Mario Şazivari kömək edəcəklər. Emanuela Rusta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimi italiyalı Canluka Aureliano, onun köməkçisi isə albaniyalı Albert Doda olacaq.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Tvente” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə avqustun 27-də Bakıda təşkil olunacaq.