Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Kartdan karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA
sosial

Kartdan karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA

14-08-2026 17:00 19 Views
IMG

“Kartdan karta əməliyyatlarla bağlı tətbiq olunan yeni qaydalar riskli qruplara şamil olunacaq”.

"Tvit.az" xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, risk qrupuna daxil olmayan vətəndaşlala bağlı hər hansı bir məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur:

“Digər tərəfdən, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə artıq iki ildən çoxdur ki, Dövlət Vergi Xidməti tərəfindən sahibkarların kartdan karta əməliyyatlarına nəzarət edilməsi istiqamətində işlər görülür. Ona görə də əslində bu istiqamətdə işlər intensiv şəkildə aparılır, davam etdirilir”.

Deputat hesab edir ki, tətbiq olunan limit qiymət artımlarına gətirib çıxarmayacaq:

“Təbii ki, qiymət artımlarını şərtləndirən fərqli faktorlar olur. Xüsusən də idxal inflyasiyası qiymət artımlarına təsir göstərir. Ancaq limitlərin tətbiq edilməsinin sahibkarlar üçün əlavə ciddi xərc yaradacağı gözlənilmir. Ancaq sözsüz ki, əgər hər hansı bir sahibkarlar tərəfindən süni şəkildə qiymət artımlarına gedilməyə cəhd olunacaqsa, o halda müvafiq dövlət qurumu tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac olacaq. Çünki bütün hallarda süni qiymət artımları qanunvericiliklə qadağandır”.

Xatırladaq ki, Azərbaycanda avqustun 1-dən etibarən “card-to-card” əməliyyatlarına limitlərin tətbiqinə başlanılıb.