Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı
sport

Messi İspaniya kralı ilə şam yeməyinə dəvət aldı

22-10-2026 09:00 56 Views
IMG

Argentinalı futbol ulduzu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Məlumata əsasən, Messi oktyabrın 22-də idman sahəsində "Asturiya şahzadəsi" mükafatını almaq üçün Ovyedoya (İspaniya) yollanacaq.

 

Bundan əlavə, hücumçu Ovyedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşdə iştirak edəcək. Həmin günün axşamı argentinalı ulduzun kral ailəsi və mükafatın digər qalibləri ilə rəsmi şam yeməyi planlaşdırılıb.


Mərasimdə argentinalı futbolçu və kral ailəsinin üzvləri ilə yanaşı, mükafatın digər laureatları da iştirak edəcəklər. Qeyd olunur ki, sabah "Asturiya şahzadəsi" mükafatının təqdimatı üzrə təntənəli mərasim baş tutacaq.

 

Qeyd olunur ki, "İnter Mayami"nin forvardı bundan dərhal sonra MLS çərçivəsində "Nyu-York Red Bulls"la səfər matçında iştirak etmək üçün birbaşa reyslə ABŞ-yə yola düşəcək.