ABŞ-ın Nyu-Meksiko ştatında məhkəmə Facebook və Instagram-ın sahibi olan “Meta” şirkətini istifadəçilərin şəxsi məlumatlarının məxfiliyini pozduğuna görə 25 milyard dollar cərimələyib.
Tvit.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məhkəmə şirkətin 11 ildən artıq müddətdə istifadəçiləri şəxsi məlumatlarının toplanması, istifadəsi və üçüncü tərəflərə ötürülməsi ilə bağlı yanlış məlumatlandırdığı qənaətinə gəlib.
İlkin olaraq 219 milyard dollar hesablanan cərimə hakim tərəfindən 25 milyard dollara endirilib. Bu, “Meta”nın tarixində ən böyük cərimədir.
Şirkət məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Aysel Şirinova