Azərbaycan Gürcüstana spirtli içki ixrac edən ölkələr arasında birinci yeri tutub.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin (“GeoStat”) açıqladığı məlumatlarda bildirilir.
Yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 1,8 milyon dollar dəyərində araq ixrac edilib.
Gürcüstan gömrüyünün məlumatlarına görə, Rusiya 1,6 milyon dollarlıq ixracla ikinci yerdə qərarlaşıb. Rusiyadan Gürcüstana araq tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artaraq tarixi rekorda çatıb.
Gürcüstana araq ixrac edən ölkələrin ilk beşliyinə Qırğızıstan, Ermənistan və ABŞ da daxil olub.
Aysel Şirinova