Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Bu halda Rusiya parçalana bilər - Zelenski
dünya

Bu halda Rusiya parçalana bilər - Zelenski

22-10-2026 14:00 47 Views
IMG

 Ukraynanın Avropaya inteqrasiyası Rusiyanın parçalanmasına səbəb ola bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb. 

 

“Əgər Ukrayna Avropanın bir hissəsinə çevrilərsə, Rusiya çökəcək. Rusiya parçalanacaq. Çünki orada çoxsaylı xalqlar, müxtəlif dinlərə mənsub, bir-birindən tamamilə fərqli millətlər yaşayır. Nəticədə, Rusiya çoxsaylı müstəqil dövlətlərə parçalana bilər. Putin isə bütün bu imperiyanı yenidən birləşdirmək qərarına gəlib”, – deyə o, ifadə edib.

 

Zelenski müsahibəsində Ukraynanın keçmiş SSRİ-nin siyasi, elmi və sənaye həyatında rol oynadığını da deyib.  O qeyd edib ki, sovet dövründə Ukrayna SSRİ-nin əsas kadr hazırlığı mərkəzlərindən və intellektual dayaqlarından biri olub.

 

“Ukraynadan olan bir çox şəxs sonradan Sovet İttifaqının müxtəlif qurum və nazirliklərinə rəhbərlik edib. Ukrayna raket sənayesində hər zaman mühüm rol oynayıb. Ən böyük raketlər məhz burada istehsal olunub. Nüvə silahları da burada istehsal edilib və Ukrayna sonradan həmin silahları təhvil verib. Sovet İttifaqının sənaye istehsalının əhəmiyyətli hissəsi Ukraynanın payına düşürdü”, – Zelenski bildirib.