Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı
iqtisadiyyat

8 ayda aldadılan istehlakçıların sayı açıqlandı

22-10-2026 18:00 45 Views
IMG

Cari ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub.

"Tvit.az" xəbər verir ki, müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib.

Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib.

"İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Agentliyin təşəbbüsü ilə yaradılmış "istehlakchi.gov.az" portalı vasitəsilə əldə edə bilərlər", - deyə məlumatda qeyd olunub