Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Yaponiyada Ukraynaya məxsus yük təyyarəsi alovlanıb
dünya

Yaponiyada Ukraynaya məxsus yük təyyarəsi alovlanıb

23-10-2026 10:00 15 Views
IMG

Yaponiyanın Tyubu beynəlxalq hava limanında Ukraynaya məxsus An-124 “Ruslan” yük təyyarəsi eniş zamanı alovlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

 

Bildirilib ki, “Antonov” aviaşirkətinə məxsus təyyarədə baş verən yanğının səbəbləri hələlik məlum deyil. Yaponiya rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar.

 

Təyyarənin göyərtəsində hansı yükün olduğu barədə də məlumat verilməyib.

Qeyd edək ki, sözügedən təyyarə daha əvvəl İsraildən Ukraynaya PAC-2 (GEM+) raketlərinin daşınması ilə bağlı iddialarda hallandırılıb. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

 

Aysel Şirinova