Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu
sosial

Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu

23-10-2026 13:00 19 Views
IMG

"Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir".

 

Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

 

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

 

"Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək".

 

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

 

Xatırladaq ki, hazırda Bakıda "Xocəsən" və "Bakmil" adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.