Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq
sport

"Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq

26-10-2026 17:00 21 Views
IMG

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununda iştirak etməyəcək.

 

Tvit.az xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı cinah müdafiəçisinin zədəsinin ciddi olduğunu açıqlayıb.

 

"Real"a 1:2 hesabı ilə uduzduqları La Liqa matçında sıradan çıxan oyunçu təxminən yeddi həftə yaşıl meydandalardan kənarda qalacaq. O, sağ topuğundan xəsarət alıb.

 

Xatırladaq ki, Liqa mərhələsinin "Sabah" - "Barselona" oyunu noyabrın 15-də Bakı Olimpiya Stadionunda keçiriləcək.