Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsini təsdiqləyib
dünya

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsini təsdiqləyib

26-10-2026 17:00 18 Views
IMG

Misir parlamenti Səudiyyə Ərəbistanının müdafiəsinə dəstək göstərmək məqsədilə ölkənin Silahlı Qüvvələrinə hərbi yardım göstərmək səlahiyyəti verib.

 

Tvit.az "Reuters" agentliyinin məlumatına istinadla xəbər verir ki, qərar oktyabrın 26-da qəbul edilib.

Bu addım Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına hücumlarını intensivləşdirməsi fonunda Qahirənin genişlənən regional münaqişəyə birbaşa cəlb olunması ehtimalını artırır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ötən həftə parlamentə müraciət edərək, Ər-Riyadın müvafiq yardım istəyi ilə çıxış edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının müdafiəsinə hərbi dəstək göstərilməsinə icazə verilməsini xahiş edib.

Qeyd edək ki, husilərin irəliləməsi Misirin Süveyş kanalına çıxış baxımından strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının təhlükəsizliyinə də təhdid yaradır.