Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan cüdoçusu qızıl medal QAZANDI
sport

Azərbaycan cüdoçusu qızıl medal QAZANDI

02-05-2025 19:00 44 Views
IMG

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

"Tvit.az" xəbər verir ki, 26 yaşlı idmançı finalda yerli cüdoçu Mehrzod Sufiyevi yenərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.