Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Qara Qarayev: "Azərbaycan futboluna layiq olmağa çalışmışam"
sport

Qara Qarayev: "Azərbaycan futboluna layiq olmağa çalışmışam"

05-05-2025 18:00 21 Views
IMG

"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirməsi ilə bağlı təəssuratlarını bölüşüb.

 

Tvit.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında 350-ci matçına çatmasında əməyi olan hər kəsə təşəkkür edib:

 

“Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam".

 

Yarımmüdafiəçi ölkə çempionatında daha çox oyun keçirmək istədiyini bildirib:

 

"350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir. İlk matçımdan bu günə qədər bütün görüşlər əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim qarşılaşmalara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.

 

Qeyd edək ki, Q.Qarayevin 350-ci oyunu Misli Premyer Liqasının XXXIII turunda keçirilən "Sabah"la matça (1:1) təsadüf edib. Premyer Liqada 2008/2009 mövsümündə debüt edən futbolçu 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.

 

O, Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. Q.Qarayev Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.