Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes "Havhav" oxuyan reper saxlanıldı
şou-biznes

"Havhav" oxuyan reper saxlanıldı

06-05-2025 16:00 13 Views
IMG

Son zamanlar rep dünyasının ən çox danışılan adlarından biri olan Lvbel C5 polis tərəfindən saxlanılıb. 

"Tvit.az" xəbər verir ki, Süleyman Burak (Əsl adı, - red) oxuduğu mahnılarda narkotik istifadəni təşviq edən ifadələrə görə Gebze Rayon Polis Şöbəsinə çağırılıb.

İfadəsi alınan məşhur reper daha sonra Gebze Sülh Cəza Məhkəməsinə sövq edilib. Narkotikdən istifadəni təşviq etdiyi üçün 5 ildən 10 ilə qədər mühakimə olunan məşhur reper məhkəmə tərəfindən həbs edilərək Kandıra Həbsxanasına göndərilib.

Qeyd edək ki,  Lvbel C5 məşhur "Havhavhav" repinin müəllifidir.