Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət MM ilə BƏƏ Milli Şurası arasında memorandum imzalandı
siyasət

MM ilə BƏƏ Milli Şurası arasında memorandum imzalandı

06-05-2025 19:00 20 Views
IMG

Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Tvit.az-a bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin parlament sədrləri Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.

 

Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi - koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.