Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət PKK-nın ləğvi ilə bağlı Azərbaycan XİN-dən BƏYANAT
siyasət

PKK-nın ləğvi ilə bağlı Azərbaycan XİN-dən BƏYANAT

12-05-2025 19:00 26 Views
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Nazirliyin X hesabında paylaşım edilib.

"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - məlumatda deyilir.