Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Gəncədə 18 yaşlı gənc vəhşicəsinə döyüldü
turizm

Gəncədə 18 yaşlı gənc vəhşicəsinə döyüldü

13-05-2025 11:00 13 Views
IMG

Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan aşkarlanıb.

 

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb.

 

18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

 

Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib.

 

İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb.

 

Faktla bağlı araşdırma aparılır.