Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Bədii gimnastika komandamız Avropa Kubokunda gümüş medal QAZANDI
sport

Bədii gimnastika komandamız Avropa Kubokunda gümüş medal QAZANDI

16-05-2025 18:00 28 Views
IMG

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

"Tvit.az" xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə proqramı 25,150 xalla yerinə yetiriblər.

Yığma 5 lentlə kompozisiyanı isə dördüncü pillədə başa vurub. Komanda həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.