Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Paşinyan və Makron Tiranada Cənubi Qafqazda sülhü müzakirə ediblər
siyasət

Paşinyan və Makron Tiranada Cənubi Qafqazda sülhü müzakirə ediblər

16-05-2025 23:00 27 Views
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransanın prezidenti Emmanuel Makron Ermənistan ilə Azərbaycan arasında sülh prosesini müzakirə ediblər.

Tvit.az xəbər verir ki, onlar bu gün Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi zamanı danışıqlar aparıblar.
 Görüş zamanı Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının vacibliyinə xüsusi diqqət yetirilib. Tərəflər bu istiqamətdə ardıcıl addımların atılmasının əhəmiyyətini vurğulayıblar.

Ermənistan hökumətinin rəsmi açıqlamasına əsasən, Makron Fransa tərəfindən sülh prosesinə verilən qəti dəstəyi təsdiqləyib və Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin regional əməkdaşlıq üçün əsas şərt olduğunu bildirib.

Bundan əlavə, liderlər Ermənistan ilə Avropa İttifaqı arasındakı münasibətlərin inkişafını və Ermənistanda demokratik islahatların irəliləyişini də müzakirə ediblər.