Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home şou-biznes "İki ildir məhkəməni udduğum halda məndən üzr istəməyib”
şou-biznes

"İki ildir məhkəməni udduğum halda məndən üzr istəməyib”

23-05-2025 16:00 25 Views
IMG

Şairə Nazilə Səfərli qalmaqallı olduğu rəqqasə Fatimə Fətəliyevanın məhkəmənin qərarına əməl etmədiyini deyib.

OLAY yazır ki, bu barədə “Tarixin bir günü” verilişində danışıb. Nazilə deyib ki, Fatimə ondan üzr istəməlidir:

“Onu alçaltmamışam, demişəm xına aparanda onun qrupu aş gətirib. Bu günə qədər ona keçdiyim güzəştlərə görə peşmanam. Nərimanov İcra şöbəsi, Fatimə Fətəliyevanın himayədarı kimdir? İki ildir məhkəməni udduğum halda o məndən üzr istəməyib. Haqqımı ala bilməyəckdimsə, niyə məhkəməyə gedirdim? Onsuz da icra olunmur. Haqqım niyə tapdalanıb? Həyatımdan çıxsın, yoruldum. İstəmirəm onunla şəklimi yanyana görüm”.