Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdi
siyasət

Nazirlər Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə etdi

24-05-2025 20:00 20 Views
IMG

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

"Tvit.az" xəbər verir ki, bu barədə Pakistanın XİN məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə ediblər.

Nazirlər Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana gözlənilən səfəri barədə danışıblar. Həmçinin regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.