Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi
siyasət

Azərbaycan və Keniya arasında şəhərsalma müzakirəsi

29-05-2025 19:00 31 Views
IMG

Azərbaycan Keniya ilə mənzil təminatı, ekoloji cəhətdən təmiz, təhlükəsiz və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Nayrobi şəhərinə səfər çərçivəsində Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə səmimi görüş keçirilib. Həmçinin, əziz həmkarımızı 2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə, "yaşıl" və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsinə qoşulmağa dəvət etdik", - A. Quliyev bildirib.