Goranboy rayonunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.