İngiltərənin "Liverpul" klubu Almaniya təmsilçisi "Bayer 04"də çıxış edən Ceremi Frimponqla müqavilə imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə Premyer Liqa kollektivinin mətbuat xidməti məlumat yayıb.
Niderland millisinin üzvü ilə uzunmüddətli sözləşmə bağlanıb.
Qeyd edək ki, 24 yaşlı cinah müdafiəçisi cari mövsüm bütün turnirlərdə "Bayer 04" forması ilə 48 oyuna çıxıb, 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.