Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov Düşənbəyə getdi
siyasət

Əli Əsədov Düşənbəyə getdi

04-06-2025 15:00 47 Views
IMG

Azərbaycanın Baş naziri Əli Əsədov tacikistanlı həmkarı Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.

"Tvit.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıb.