Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan millisinin kapitanı müəyyənləşdi
sport

Azərbaycan millisinin kapitanı müəyyənləşdi

06-06-2025 20:00 25 Views
IMG

Latviya yığması ilə keçirəcəyi yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisinin kapitanı müəyyənləşib.

 

Tvit.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə millinin baş məşqçisi Fernandu Santuş məlumat verib. 

"Mən mətbuat konfransından getməmişdən qabaq bu suala cavab verəcəkdim. Əlbəttə, ilk "11-lik"də yer alacağı təqdirdə, kapitan Emin Mahmudov olacaq. Penalti də olsa, yenə Emin Mahmudov vuracaq", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, iyunun 10-da Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.