Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Millimiz Qazaxıstana qalib gəldi
sport

Millimiz Qazaxıstana qalib gəldi

06-06-2025 22:00 36 Views
IMG

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

 

Tvit.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

 

Qeyd edək ki, millinin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.