Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Müharibə veteranlarına verilən 80 manat artırıla bilər? - Rəsmi açıqlama
siyasət

Müharibə veteranlarına verilən 80 manat artırıla bilər? - Rəsmi açıqlama

13-06-2025 12:00 51 Views
IMG

Müharibə veteranlarına verilən 80 manat Prezident təqaüdünün məbləğinin artırılma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.

"Tvit.az" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev açıqlama verib.

O bildirib ki, aylıq təqaüdlər gündəlik kommunal, nəqliyyat xərcləri və digər xərcləri qarşılamaq üçün verilir:

"Dövlətimiz sosial tədbirləri əsasən əmək qabiliyyəti məhdud şəxslərə şamil edilir. Bunlar əlilliyi olan, pensiya yaşına çatmış şəxslər, çoxuşaqlı analar və başqalarıdır. Yanaşma sosial ədalət prinsipinə dayanır. Veteranlarımız əmək qabiliyyətli insanlardır. Biz veteranların rifahının uzun müddətli təşfiq edilməsinə çalışırıq. Veteranların məşğulluq imkanlarının yaradılması və kiçik biznesə çıxışının yaradılmasına çalışırıq", - deyə nazir müavini əlavə edib.