Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləriin xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.
Tvit.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdə baş verən son hadisələri və onların regional sülh və təhlükəsizliyə təsirləri ətrafında fikir mübadiləsi aparıb.