Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qusarda turistləri daşıyan maşın aşdı - Yaralılar var
turizm

Qusarda turistləri daşıyan maşın aşdı - Yaralılar var

27-06-2025 16:00 16 Views
IMG

Qusar rayonunda yol qəzası baş verib.

"Tvit.az" "Report"a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan avtomobil rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.