UEFA iki komandanın avrokuboklarda iştirakına icazə verməyib.
Tvit.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bunlar Slovakiyanın "DAK 1904" və İrlandiyanın "Droeda Yunayted" klublarıdır.
Hər iki komanda UEFA-nın Klublara Maliyyə Nəzarəti Şöbəsi (CFCB) yoxlamasından keçə bilməyib.
Qeyd edək ki, bu klubların sahiblərinin başqa ölkələrdə də komandaları var. "DAK 1904"ün sahibi olan Oskar Vilaqa Macarıstan təmsilçisi "Dyor"un da rəhbəridir. "Droeda Yunayted" isə Danimarkanın "Silkeborq" klubuna görə bu aqibətlə üzləşib.