Ukrayna ordusunun daha bir azərbaycanəsilli hərbçisi həlak olub.
Tvit.az Report-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Ukrayna vətəndaşı Faiq Musayev Xarkov vilayətinin Kupyansk cəbhəsində həlak olub.
Azərbaycanlı hərbçi Kiyev vilayətində dəfn olunacaq.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.