Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Culfada sürücü ana və qızını vurdu
turizm

Culfada sürücü ana və qızını vurdu

21-07-2025 15:00 38 Views
IMG

Culfada avtomobil ana və qızını vurub.

"Tvit.az" xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Naim Rəhimovun idarə etdiyi "BMW" markalı avtomobil həmin kənd sakinləri - 1981-ci il təvəllüdlü Tərifə Kələntərova və 2017-ci il təvəllüdlü qızı Nur Kələntərovanı vurub.

Hər iki şəxs xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N. Kələntərova Bakıdakı xəstəxanaya təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.