Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyev perulu həmkarını təbrik etdi
siyasət

İlham Əliyev perulu həmkarını təbrik etdi

28-07-2025 11:00 39 Views
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib.

"Tvit.az" xəbər verir ki, mətndə deyilir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".