Mingəçevir şəhərində qadın piyadanı avtomobil vuraraq öldürüb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib, hazırda onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.