Ağdaşda 36 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Tvit.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb.
Kənd sakini 1989-cu il təvəllüdlü Saleh Əliağa oğlu Tahirov ağır xəsarət alıb və hadisə yerindəcə ölüb.
Onun meyiti aidiyyatı üzrə təhvil verilib.
Hazırda fakt araşdırılır.