Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tbilisidə yarıyolda qoyublar.
"Tvit.az" xəbər verir ki, bu barədə zərərçəkən zəvvarlar “Xəzər Xəbər”ə müraciət ediblər.
Onlar “Risalət Travel”in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığını iddia edilrlər.
Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tbilisi şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.
Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.