Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istədi
siyasət

Həyat yoldaşı üçün həbsxanaya narkotik keçirmək istədi

14-08-2025 15:00 26 Views
IMG

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Penitensiar xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Tvit.az"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhkumun həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd siqaretin içərisində xüsusi üsulla gizlədilmiş həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.